Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Siyasət / “Xristian təəssübkeşliyindən çıxış edərək, erməni lobbisinin əlində alət olaraq mövqe ortaya qoyurlar” – Təbriz Musayev

“Xristian təəssübkeşliyindən çıxış edərək, erməni lobbisinin əlində alət olaraq mövqe ortaya qoyurlar” – Təbriz Musayev

“Biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik”. 

Bunu Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimindəki çıxışında deyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycanın öz sərhədlərində möhkəmlənməsinə heç kim təzyiq edə bilməz: “Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, – bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir”.

Bütün bunlar bir daha əminlik yaradır ki, Azərbaycan öz haqq işini bundan sonra da davam etdirəcək. Avropa Şurası və digər bu kimi təsisatlar erməni lobbisinin təsirinə düşüb müxtəlif qətnamələr qəbul etsələr də, bu yöndə nəyisə dəyişə bilməyəcəklər.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində sərgilədiyi qətiyyətli, dinamik siyasət çox uğurlu yanaşmadır: “Zatən, qalib dövlətə də yaraşan budur. Məsələ ondadır ki, 30 ilə yaxın ərazilərimiz işğal altında idi, sərvətlərimiz talanırdı. Bu müddət ərzində Avropa təsisatları bir dəfə də olsun əsaslı və ünvanlı şəkildə Ermənistanın işğalçılıq siyasətinə öz etirazlarını bildirmədilər. Düzdür, sözügedən qurumların bəzi qətnamələri olub, amma bunlar natamam xarakterli idi. 2003-cü ildə Ermənistanın ikinci prezidenti Robert Köçəryan AŞPA tribunasında çıxış edərkən açıq şəkildə Azərbaycan ərazilərini işğal etdiklərini bəyan etdi. Bir növ, dedi ki, nə etmişiksə, əcəb etmişik. Ancaq təəssüflər olsun ki, Avropa qurumları bunu görməzdən gəldilər. Düzdür, Avropadakı məlum qurumların qətnamələri imperativ (məcburi) yox, tövsiyə xarakterlidir. Ancaq problem ondadır ki, sözügedən qurumların qərarlarında siyasi, hüquqi nöqteyi-nəzərdən ədalət yoxdur. Xristian təəssübkeşliyindən çıxış edərək və eyni zamanda, erməni lobbisinin əlində alət olaraq mövqe ortaya qoyurlar. Azərbaycan əsgəri canı-qanı bahasına işğala son qoyub, tarixi ədaləti bərpa edib. Avropa qurumlarının 30 ildə edə bilmədiyini 44 gün ərzində edib. Ona görə də Prezident İlham Əliyev çox haqlı olaraq bəyan etdi ki, Azərbaycanın öz sərhədlərində möhkəmlənməsinə heç kəs mane ola bilməyəcək. Buna mane olmaq da mümkün olmayacaq. Çünki Azərbaycan regionun lider dövlətidir”.

İAT sədri hesab edir ki, sərhəd məsələsində Azərbaycan bundan sonra da qətiyyətli mövqeyini davam etdirməlidir.

Həmçinin oxuyun

Moskva iki həftə sonra sülhməramlıların komandanını niyə dəyişdi? – TƏHLİL

Qarabağda Rusiya sülhməramlılarının komandanı dəyişdi: Muradovu əvəzləyən Mixail Kosobokov cəmi iki həftə sonra yerini Gennadi …