Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Xovayev Azərbaycan-Ermənistan müqaviləsini müzakirə etmək üçün Bakıdadır”

“Xovayev Azərbaycan-Ermənistan müqaviləsini müzakirə etmək üçün Bakıdadır”

“Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır”.
Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardımına gəlincə, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır, o, azərbaycanlı tərəfdaşlarla, o cümlədən sülh müqaviləsi mövzusunda təmaslar planlaşdırıb”, – Zaxarova bildirib.
O, Xovayevin regiona səfərini davam etdirəcəyini və yaxın vaxtlarda İrəvana da səfər edəcəyini qeyd edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …