Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Xoşqədəm Hidayətqızı yeni işə başladı – Foto

Xoşqədəm Hidayətqızı yeni işə başladı – Foto

“Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı artıq öz komandası ilə ANS-də işə başlayıb.

Publika.az-ın məlumatına görə, artıq Xoşqədəm xanım yeni iş yerində ilk şəkilini də paylaşıb.

“Dostlar, mən əvvəl işlədiyim kanaldan ayrılarkən kim “Səni axtarıram”ı seçdisə, onlar da gəldi. Bu gün əsas komandamla Vahid Mustafayevin və Mirşahin Ağayevin yanında olduq. Möhtəşəm bir görüş oldu. ANS həqiqətən bir məktəbdir. Biz ANS-dən kənarda olsaq da, elə o məktəbi keçmişik. Qısası, döyüş alnımıza yazılıb”, – teleaparıcı yazıb.

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …

Bir cavab yazın