Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / Xocalı soyqırımı İsraildə anılacaq

Xocalı soyqırımı İsraildə anılacaq

Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirəcək.

Milli Məclisdən verilən məlumata görə, tədbirdə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

İsrail Knessetinin deputatlarının, səfirlərin, ictimai təşkilatların rəhbərlərinin və şəhər merlərinin iştirak edəcəkləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciənin ağır nəticələri barədə məlumat veriləcək.

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …