Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Xocalı soyqırımı ilə bağlı 305 şəxs beynəlxalq axtarışa verilib

Xocalı soyqırımı ilə bağlı 305 şəxs beynəlxalq axtarışa verilib

Xocalıda baş verən hadisələrlə bağlı 2013-cü il dekabrın 18-də istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci ilin martından cinayət işinə prossesual rəhbərlik Hərbi Prokurorluğa həvalə edilib.

Bunu Hərbi prokurorluğun Xüsusi İstintaqlar şöbəsinin rəisi Emil Tağıyev bildirib. Onun sözlərinə görə, cinayət işi üzrə 5 əsas istiqamət müəyyən edilib:

“Azərbaycan xalqına qarşı soyqırım, əsir və girovlara qarşı işgəncə, terrorçuluq, dövlətə və vətəndaşlara vurulmuş maddi ziyan, milli ədavət zəminində törədilmiş xüsusilə ağır cinayətlər.

Sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş 305 şəxs barədə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair və axtarışları üçün müraciət müxtəlif beynəlxalq qurumlara göndərilib. Onların ifşa olunub istintaqa cəlb olunması istiqamətində işlər davam etdirilir”.

Həmçinin oxuyun

Əli Kərimli: “Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir”

“Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc …