Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Siyasət / XOCALI – QAN YADDAŞIMIZ! – Təbriz Musayev

XOCALI – QAN YADDAŞIMIZ! – Təbriz Musayev

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalıda soydaşlarımıza qarşı törətdikləri vəhşiliklər, qətliamlar tariximizə qanlı yaddaş kimi yazıldı. Bütün dünyanı heyrətə gətirən məlum soyqırımını İrəvan Azadlıq Təşkilatı olaraq hər il Xocalı abidəsini ziyarət etməklə anırıq. Bu, hər birimizin insanlıq borcudur.

44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun misilsiz şücaəti və qəhrəmanığı nəticəsində 30 ilə yaxın erməni faşizminin tapdağı altında qalan torpaqlarımız işğaldan azad olundu. Müzəffər Ordumuzun qələbəsi illərdir qəlbimizdə yara bağlayan işğal nisgilinə son qoydu. Bu baxımdan 2020-ci il tariximizə Şanlı Qələbə ili kimi yazıldı. Bu möhtəşəm qələbənin əldə edilməsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bərabər, Dövlət-Xalq birliyini də xüsusi qeyd etmək lazımdır. Çünki Azərbaycanın müstəqillik tarixində belə Dövlət-Xalq birliyi olmamışdı. Məhz Vətən müharibəsi dövründə biz bu cür möhtəşəm birliyə nail olduq. O üzdən, sözügedən amilin qələbəmizdə müstəsna rolu və yeri danılmazdır.

Vətən müharibəsindən sonra torpaqlarımızın böyük bir hissəsi işğaldan azad olundu. İrəvan Azadlıq Təşkilatı olaraq qərara aldıq ki, şəhidlərimizin və Xocalı qurbanlarının xatirəsinin yad edilməsi, məhz Xocalıda keçirilməlidir. Bu istiqamətdə hakimiyyətdən, xüsusiilə də Müdafə Nazirliyindən real addımların atılmasını gözləyirik.

İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev

Həmçinin oxuyun

Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin …