Ana səhifə / Siyasət / “Xocalı nə vaxt düşməndən tam təmizlənsə, o vaxt gedəcəm” – Deputat

“Xocalı nə vaxt düşməndən tam təmizlənsə, o vaxt gedəcəm” – Deputat

Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində düşməni darmadağın etməsi, Ermənistanın 10 noyabr bəyanatını imzalaması – yəni kapitulyasiyası ilə nəticələndi. Öz əzəli və əbədi torpaqlarını işğaldan azad edən Azərbaycan, demarkasiya ( sərhədlərin müəyyənləşdirilməsi) prosesinə uyğun olaraq Sünik (Zəngəzur) və Gorus rayonlarında müəyyən əraziləri də geri qaytarmağı bacardı. Bu proses hal-hazırda da davam edir. Artıq Ermənistan Gorus şəhərindən David Bek (Zeyvə) kəndinə gedən yolun 21 kilometrlik hissəsini də Azərbaycana təhvil verəcək.

Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirir ki, geri qaytarılan bütün ərazilər tarixi Azərbaycan torpaqlarıdır: “Tarix təkrarlanır. Vaxt gələcək Gorus, Zəngəzur və digər tarixi dədə-baba torpaqlarına Azərbaycan dövləti nəzarət edəcək. Hələ Sovet dönəmində elə yollar vardı ki, onların biri hissəsi Ermənistandan çıxaraq Azərbaycan ərazisinə daxil olurdu. Söhbət bu cür yollardan gedir. Ancaq Azərbaycan həmin ərazilərdə öz sərhədlərini tamamilə bərpa edib. Bu gün Azərbaycanın hərbi gücünün qarşısında Ermənistan öz acizliyini etiraf edir. Orada yaşayan  ermənilər də, artıq Azərbaycanın gücünü hiss edərək, kənara çəkilir və sözügedən ərazilərdə qala bilməyəcəklərini anlayırlar”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan Rusiyanın dəstəyi ilə nəqliyyat məsələlərində müəyyən imtiyazlar əldə etmək istəyir: “Dəmir yol məsələsində bütün şərtləri Azərbaycan tərəfi diktə edir. Sovet dönəmində Laçından – Naxçıvana ən yaxın yol Sisyandan keçirdi və Şahbuz rayonuna (Batabat) daxil olurdu. Təbii ki, Azərbaycan əlverişli sayılan bu yolu da tələb edəcək. Türkiyə -Naxçıvan və Azərbaycanı birləşdirən həm quru, həm də dəmiryolu məsələsi də həllini tapmalıdır. Bu barədə danışıqlar gedir. Əgər erməni xalqı son 30 il ərzində ölkəni idarə edən faşist rejimini hakimiyyətdən uzaqlaşdırıb, düşünməyi bacaran şəxsləri rəhbərliyə gətirə bilsə, o zaman regionda həyata keçiriləcək sözügedən layihələrdən faydalanacaq. Çünki bu ən çox Ermənistana lazımdır. Ermənistanın inkişaf etməsi və dövlət kimi var olması üçün yegəna çıxış yolu Türkiyə və Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamasıdır. “Dəmir Yumruq” bu dəfə işə düşsə, müharibə Yerevanda davam edəcək və Ermənistanın dövlət kimi varlığı sual altına düşəcək”.

Elman Məmmədov deyir ki, Xocalı və Xocavəndlə bağlı cəmiyyətdə bir nigarançılıq var: “Bu müvəqqəti haldır. Biz Xocalını da, Xocavəndi də, xankəndini də, keçmiş Ağdərə rayonunu da hərbsizləşdirəcəyik və düşməndən təmizləyəcəyik. Bütün bu yerlərin hamısında üçrəngli bayrağımız dalğalanacaq və adıçəkilən ərazilərə Azərbaycan nəzarət edəcək. Sadəcə olaraq bu məsələlərdə müəyyən zaman kəsiminə ehtiyac var. Təsəvvür edin 28 ildən də artıq müddət idi ki, Azərbaycanın ərazisinin 20 faizi ( rəqəmlə 18000 min kvadrat kilometr) düşmən işğalı altına düşmüşdü. 44 günlük Vətən müharibəsində biz 15 min kvadrat kilometrdən artıq ərazini azd etdik. Artıq sərhədlərimizə özümüz nəzarət edirik. Təxminən 3 min kvadrat kilometrdən az bir hissə qalıb. Bu ərazilər də Azərbaycana məxsusdur. Digər bir nigarançılıq ondan ibarətdir ki, 5 kilometrlik “Laçın Dəhlizində” niyə Azərbaycan sərhədçisi yoxdur. Rusiya sülhməramlısı sərhədçi deyil. Həmin ərazidə də Azərbaycanın sərhəd-buraxılış məntəqəsi olmalıdır və bizim sərhədçilər  keşik çəkməlidir. Yaxın vaxtlarda biz həmin o hissəni də bağlayacağıq ki, kimin gəlib-getdiyindən xəbər tutaq. O cümlədən də Xocalı, Xocavənd, Xankəndi ilə bağlı məsələlər tez bir zamanda həll olunacacaq və hər kəs öz doğma torpağına qayıdacaq. Əgər sülhməramlılar üzərinə düşən missiyasını yerinə yetirməsə, Azərbaycan öz ərazisində qalan terorçu və təxribatçıları antiterror əməliyyatı ilə təmizləyəcək”.

Millət vəkili 44 günlük Vətən müharibəsi nəticəsində Xocalının 11 yaşayış məntəqəsinin Azərbaycanın nəzarətinə keçdiyini deyib: “O kəndlərlə Xocalı arasında Xankəndi şəhəri var. Hazırda o kəndlərə Şuşaya çəkilən yeni yolla gəlmək mümkün olacaq. Artıq 2 aydan çoxdur ki, həmin kəndlərdə ictimai asayişi Xocalı polisinin müəyyən bir qrupudur”. Konkret.az

Həmçinin oxuyun

YAP-a birləşdiyi deyilən partiyanın sədri fikrindən daşınıb? – AÇIQLAMA

“Martın 5-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin dəvəti ilə Yeni …