Şənbə , Avqust 20 2022
Ana səhifə / Siyasət / XİN rəhbəri: “İnanırıq ki, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı özünü doğruldacaq”

XİN rəhbəri: “İnanırıq ki, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı özünü doğruldacaq”

“Bu formatda görüş ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək”.

APA xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionun əməkdaşlıq, qarşılıqlı hörmət və faydalı platformaya çevrilməsi istiqamətində ardıcıl xarici siyasət həyata keçirib.

“Biz indiki dövrdə də regionda sabitlik, təhlükəsizlik və firavanlığa nail olmaq üçün qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin işlənib hazırlanmasına çalışırıq. Bu gün əsası qoyulan Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatı Azərbaycanın xarici siyasət münasibətlərində yenidir. İnanırıq ki, birgə ardıcıl səylərimizlə bu format regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv platforma kimi özünü doğruldacaq.

Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı artan təhdidlər fonunda əməkdaşlığımız regional səviyyədə risklərin və çağırışların qarşısını alınmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərini nəzərdən keçirməyimiz olduqca aktualdır. Məhz bu baxımdan bugünkü görüşdə Avropa və Asiya arasında təhlükəsiz, səmərəli və etibarlı nəqliyyat-kommunikasiya əlaqələri müzakirə olunur. Bu, əməkdaşlıq edə biləcəyimiz ən effektiv sahələrdən biridir. İnanıram ki, bugünkü görüşdən sonra bu üç ölkə arasında əməkdaşlığın genişlənməsi üçün gələcək istiqamətləri müəyyən edəcəyik”, – XİN rəhbəri qeyd edib.

Həmçinin oxuyun

Partiya sədri FHN- dəki qalmaqaldan yazdı

Son günlər FHN-in artıq keçmiş zabitinin gündəmi zəbt etmiş porno videolarının yayılması, ictimaiyyətdə böyük əks …