Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / XİN: Azərbaycan səhvən Rusiya helikopterini vurub

XİN: Azərbaycan səhvən Rusiya helikopterini vurub

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.

Bu barədə XİN-dən məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub.

Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən vurğulanıb ki, vertolyot bilavasitə Dağlıq Qarabağ münaqişəsinin zonasında aktiv döyüş əməliyyatlarının davam etdiyi Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın uçuş keçirib. Uçuş günün qaranlıq saatlarında, aşağı hündürlükdə, Hava Hücumundan Müdafiə qüvvələrinin radarının aşkar etmə zonasından kənarda keçirilib.

Əvvəl bu ərazidə Rusiya Federasiyasının Hərbi Hava Qüvvələrinin helikopterləri qeydə alınmayıb.

Bəyanatda deyilir ki, Azərbaycan tərəfi təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli hadisə ilə əlaqədar Rusiya tərəfindən üzr istəyir.

Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmalarını arzu edir.

Azərbaycan tərəfi müvafiq kompensasiya ödəməyə hazır olduğunu da bəyan edir.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …