Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Xarici qonaqlar Naxçıvana heyrandırlar: – “Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik”

Xarici qonaqlar Naxçıvana heyrandırlar: – “Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik”

“Naxçıvan mühüm memarlıq xəzinələri və bu günə qədər qorunub saxlanılan möhtəşəm abidələri ilə İslam incəsənəti və sivilizasiyası ilə maraqlanan alimlər və ziyarətçilər üçün mühüm regiondur”.

Trend-in məlumatına görə, Romadakı “La Sapienza” Universitetinin professoru Biankamaria Skarkia Amoretti belə hesab edir.

Professorqeyd edir ki, Naxçıvan çox da böyük olmayan ərazini əhatə edir və orta əsr türk müsəlman abidələri ilə zəngindir: “Naxçıvan Muxtar Respublikasında XI-XIV əsrlərlərdə tikilmiş qeyri-adi abidələr bəşər sivilizasiyası üçün çox önəmlidir. Sevindirici haldır ki, Naxçıvan qonşu ölkələr Türkiyə, İran və Gürcüstanla yaxşı əlaqələrə malikdir və bu əlaqələr insanların əraziyə avtobus və avtomobillə səfərlərini asanlaşdırır. Naxçıvanda daxili təhlükəsizlik çox yaxşı təmin olunub. Bu vəziyyət ərazidə turizmin inkişafına, Azərbaycanın mədəniyyət diplomatiya siyasəti layihəsinin möhkəmlənməsinə köməklik göstərəcək”.

İtaliyalı professor Cianroberto Skarkia isə bildirib ki, Gürcüstan, İran, Türkiyə və Bolqarıstan daxil olmaqla regional turizm ekspedisiyası üçün Azərbaycan başlanğıc nöqtə ola bilər: “Qeyd etmək lazımdır ki, Naxçıvandakı təcrübəmizə əsasən Azərbaycanın bu regionu öz kəşfini gözləyir və heç kimi məyus etməyəcək”.

Norveçdən olan turistlərin fikrincə, Naxçıvan gözəl xatirələr yaradan bir məkandır. 2011-ci ilin may ayında 4 tanınmış norveçli turist və alim Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində, Xalça və Tarix muzeylərində olublar. Naxçıvan səfərlərindən öncə norveçlilər Bakı, Kiş, Şəki və Gəncədə də olublar. Onların Naxçıvan xatirələri belədir:

“Coğrafi nöqteyi-nəzərdən bu ərazi xüsusi əhəmiyyətə malikdir. Naxçıvanın qərb hissəsində biz Ağrı dağını, cənub hissədə isə İran sərhədində Araz çayını görə bildik. Bu mənzərə bizim üçün ekzotik oldu. Tarixi İpək Yolu və xüsusilə bu tarixi ticarət marşrutu ilə bağlı Qarabağlar abidəsi bizi çox heyran etdi. Bundan əlavə, Nuh peyğəmbər haqqında olan hekayəni dinləmək və peyğəmbərin dəfn olunduğu türbəni görmək bizim üçün xüsusi əhəmiyyətə malik oldu. Nuh peyğəmbərin hekayəsi müsəlman və xristianlar üçün eynidir. Biz bir neçə muzeydə olduq, Xalça muzeyi daha çox marağımıza səbəb oldu”.

İsveçrəli turist xanım Nikolletta Herman isə Naxçıvan barədə öz təəssüratlarını “Foreign Policy News” qəzeti ilə bölüşüb. Xanım Nikolletta Naxçıvan təcrübəsinin unudulmaz olduğunu və Qafqaz bölgəsinə olan heyranlığın ifadə edərək yazır:

“Naxçıvana enərkən gözəl mənzərə ilə qarşılaşdım! Nuhun gəmisini zədələmiş dağ silsilələri ilə birləşən Haçadağı görməkdən zövq aldım. Bakıdan Naxçıvana təyyarə ilə səfər edən hər kəs gərək təyyarədə pəncərənin qarşısında əyləşsin və təyyarə enərkən qətiyyən yatmasın. Naxçıvan, daha dəqiq desək, muxtar respublika haqqında ilk təəssüratımız olduqca müsbətdir: küçələr və binalar qərb şəhərini xatırladır. Müxtəlif tikililər, şübhəsiz, yenə də Azərbaycanın keçmişinin şahididir. Naxçıvan insanı əsəbiləşdirən avtomobil siqnalları, tələsən avtomobillər və avtomobil xaosundan uzaqdır. Eləcə də hara baxsaq, tullantı, həddindən artıq sıx olan evlər görmürük. Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik?”

Naxçıvandakı tədqiqatları ilə bağlı xanım Herman qeyd edir: “Üç gün ərzində biz Naxçıvan Muxtar Respublikasını tədqiq etdik. Görünür ki, bu mühüm əraziyə az sayda turistlər səfər edir. Lakin ərazi landşaft təbiətsevərlərin və fotoqrafların arzuladığı yerdir. Böyük şəhərlərin izdiham və çaxnaşmasını xoşlayanlar başqa yer axtarsınlar. Duzdağ Fizioterapiya Mərkəzi bizdə xoş təəssürat yaratdı. Şaxtada ailələr gecə qalaraq müalicə alırlar. Duzla zəngin şaxtadakı hava asma və bir sıra tənəffüs yolları xəstəliklərinə qarşı yaxşı nəticə verir. Böyük məmnuniyyətlə şəxsən mən burada bir gecə keçirmək istərdim”.

Xanım Hermanın fikrincə, Naxçıvanın gözəl təbiəti sanki bütün insan əli ilə yaradılan zənginlikləri geridə qoyur: “Qum təpələrinin gözəllikləri ilə rəqabət aparan gilli təpələr və təkrarolunmaz rəng oyunu ilə loğvalanan dağ silsilələri, aydın göllər, landşaft arası ilə qıvrılan çaylar bizi hər dəqiqə şəkil çəkməyə vadar edir. Ecazkar dağ landşaftlarının arası ilə Naxçıvanın cənub-şərqindəki Ordubada səfərimiz yaddaqalan oldu. Fotokameram rahatlıq tapmırdı. Naxçıvanda az müddət qalmağımız yeganə mənfi hal idi. Biz burada məmnuniyyətlə daha artıq qalardıq”.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın