Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Siyasət / “Xarici ölkə hərbçilərinin rəqqasələrlə qarşılanması alçaqlıqdır” – AMİP

“Xarici ölkə hərbçilərinin rəqqasələrlə qarşılanması alçaqlıqdır” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası Bəyanat qəbul edib. Bəyanatda deyilir: “Məlum olduğu kimi, dünən Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi Bakıya gəlib.

Qarşılanma törənində xarici ölkə hərbçilərinin rəqqasələrlə qarşılanması hiddət doğurur və bu kimi hadisələrin ölkəmiz adına utancverici hal olduğunu bəyan edirik. Hər hansı ölkəyə məxsus ordunun gəliş məramının nə olmasından asılı olmayaraq bu şəkildə qarşılanması, Azərbaycan qadınının başqa ölkənin hərbi qulluqçuları qarşısında rəqs etməsi alçaqlıqdır.

Başa düşmək lazımdır ki, gələnlər hər-hansı bir ölkənin mədəniyyət klubunun təmsilçiləri deyil, hərbçilərdir. Ordu oyunlarını rəqs oyunları ilə,  “Dəniz Kuboku” müsabiqəsini rəqs müsabiqəsi ilə səhv salanlar bilməlidirlər ki, Müdafiə Nazirliyinin vəzifəsi rəqs müsabiqələri və ya konsert proqramlarının hazırlanması deyil, ordunun döyüş hazırlığının möhkəmləndirilməsi, ən başlıcası isə düşmənin məhv olunması üçün əməliyyatların hazırlanması və keçirilməsindən ibarətdir.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu şəkildə qarşılanma üçün göstəriş verən rəsmi şəxsləri bu biabırşılığa son qoymağa çağırır və onların sərt şəkildə cəzalandırılmasını tələb edirik.

Həmçinin oxuyun

TÜRKMƏNİSTAN RUSDİLLİLİK HALQASINDAN ÇIXIR – Prezident Berdıməhəmmədovu əsəbiləşdirən nə olub?

Viktoriya Panfilova “Nezavisimaya qazeta”, 17.09.2020 Türkmənistan Xarici İşlər Nazirliyi ölkədə rus dilində təhsilin məhdudlaşdırması ilə …