Ana səhifə / Siyasət / Xankəndidən Bakıya çoxsaylı zənglər var – VİDEO

Xankəndidən Bakıya çoxsaylı zənglər var – VİDEO

Qarabağda  yaşayan  ermənilər  üçün  yaradılan “qaynar  xətt”ə  indiyə  qədər  çox  sayda  zəng  daxil  olub.

Yüzlərlə  erməni Bakıya  zəng  vuraraq Laçın yolunun  niyə bağlı olduğunu soruşub. Zəng  edən  ermənilər  məsələ  ilə  bağlı  bizim  məqsəd  və məramımızı  öyrənməyə  çalışırlar. Təbii ki,  həmin  şəxslərə izah  olunur  ki, yolu  biz  bağlamamışıq. Bunu Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”-nin rəhbəri Dilarə Əfəndiyeva deyib.

Laçın-Xankəndi yolunda etiraz aksiyasının təşkilatçlarından biri olan hüquq müdafiəçisi Dilarə Əfəndiyeva deyir ki, aksiyanın ilk günündən məlum oldu ki, proses uzanacaq.

“Çünki sülhməramalı qoşunlar tələblərə cavab vermirdi, biz də öz fikrimizdə qəti idik. Aksiya uzandıqca sülhməramlılar yolu bağladılar və mən fikirləşdim ki, Qarabağda yaşayan ermənilər arasında humanitar problem mövcud olacaq”-D.Əfəndiyeva deyir.

Hüquq müdafiəçisi bildirir ki, Qarabağda yaşayan ermənilər üçün yaradılan “qaynar xətt”ə indiyə qədər çox sayda zəng daxil olub.

Onun sözlərinə görə, Qarabağ bölgəsindən “qaynar xətt”ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib.

Həmçinin oxuyun

Sülhməramlılarla bağlı Bakının qol çəkmədiyi sənəd hansıdır?

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Qarabağdakı Rusiya sülhməramlılarının mandatı və səlahiyyətləri barədə sorğu ilə Ermənistan …