Bazar , Fevral 25 2024
Ana səhifə / Siyasət / Xankəndidə yaşayan erməni İlham Əliyevə təşəkkür etdi

Xankəndidə yaşayan erməni İlham Əliyevə təşəkkür etdi

Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşı “təcili yardım” üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə zəng edib.

Çağırış ünvanına gedən təcili tibbi yardım briqadası astma xəstəsi olan erməniyə ilkin tibbi yardım göstərib. Xankəndidə yaşayan erməni sakin deyib ki, Azərbaycan hökmətinin orada yaratdığı şəraitdən razıdır:

“Mən 20 il meşədə yaşamışam, qaz, işıq olmayıb. Ona görə bu gündəyəm. Pulum yox idi deyə qazımı, işığımı kəsmişdilər, deyirdilər ödə bərpa edək. Amma mən Azərbaycan prezidentinə təşəkkür edirəm, o mənə işıq, qaz, yemək və pul verir.

Ermənistan mənim nəyimə lazımdır? Əgər istəyirsinizsə, özünüz gedin. SSRİ zamanında Bakıda olmuşam. Qohumlarım orada yaşayırdı. Bacım məndən imtina edib. Xankəndini tərk edəndə heç mənə xəbər etmədi. Samvel Babayan(Xocalı qatili) da bizim qonşuluğumuzda yaşayırdı. Bako Saakyan, Araik Arutyunyan indi bir yerdə oturublar. Onlara hələ bu da azdır. Onları güllələmək, ac qoymaq lazımdır. 44 günlük müharibədə ermənilər Xankəndidən qaçanda şəhərdə ancaq mən var idim. Onlar indi Ermənistanda acından ölürlər, balaca evlərdə kirayədə yaşayırlar”. AzVision.az

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …