Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Xanım jurnalist polis rəisindən şikayət etdi

Xanım jurnalist polis rəisindən şikayət etdi

“Mənə KİVDF-dən zəng edib Respublika müsabiqəsində qalib olduğumu buldirəndə Badamdar qəsəbəsində, 41-ci Polis Bölməsində ürəyimin, kürəyimin, əlimin, canımın ağrısından ağlayıb, təcili yardım çağırılmasını diləyirdim…İnsan cildinə girən İblislər isə “biz əmrə tabeyik” deyib gülürdü…

Mən jurnalist, daim KİVDF qalibi, QHT sədri, ilaxır çərşənbə günü polislər tərəfindən az qala ölümünə vurulacaq qədər hücuma məruz qaldım. Polis üzündən bayram günlərimi yataqda keçirməli oldum”

Bu sətirlər tanınmış QHT sədri, jurnalist Səidə Hüseynovanın Respublika Baş Prokuroruna, Daxili İşlər Nazirinə ünvanladığı müraciətdəndir.

Bir surəti Moderator.az – a göndərilən həmin müraciətdə deyilir:

15 mart 2016 – cı il tarixdə Səbail rayonu Badamdar qəsəbəsi, 3 – cü yaşayış massivində RİH başçısının binalar arasındakı abadlaşdırılmış həyətin açılışını həm də ilaxır çərşənbə günü qeyd edəcəyini eşitmişdim. Hava yağmurlu olsa da tədbirə gedib, qəsəbənin çoxsaylı problemləri barədə imkan olsa məlumat verməyi düşünürdüm. Hələ ətrafda təkcə kommunal təsərrüfat işçiləri, icra hakimiyyətinin əməkdaşları, polis maşınları və mülki geyimdə çoxlu kişilər vardı. Bələdiyyə sədrinə yaxınlaşıb dedim ki, küçəmizi dörd dolanırıq, bir ekskavatora ehtiyac var, çuxurlar üstünə tökülmüş torpağı yaymaq lazımdır. Sədr – mən heç kiməm, heç kimə söz deyə bilmərəm deyib getdi. (Soruşan gərək ” Heç kimlik” uğrunda bəs niyə mübarizə aparırdı?!)

Onu deyim ki, 3 – cü Yaşayış Massivində magistral küçədə bir dayanacaq vardı, onu da bir neçə il əvvəl gecə ilə hansısa məmur yoxa çıxartdı. Dayanacaq problemi ilə bağlı bütün instansiyalara rəsmi və şifahi müraciət etmişəm. Hər gün yüz kərə avtobusda vətəndaşlarla sürücü arasında mübahisə düşür. Kim harda istədi saxladır avtobusu. Hətta dayanacaq olmadığı halda belə yazıq sürücüləri bir neçə dəfə nəqliyyat departamenti cərimələyib…

Tədbir başlamazdan əvvəl aidiyyəti qurumların təmsilçiləri ilə qəsəbədə bir neçə yerdə dayanacaq qoyulmasının zəruriliyindən danışırdım. İnsanlar jurnalist olduğum üçün mənə müraciət edir. Qəsəbə zülmət qaranlıqdadır. Bundan istifadə edən naməlum şəxslər qadınlara hücum edir, vurub çantalarını oğurlayırlar. Bir neçə yerdə işıq lampası qoyulmalıdır.

Bu zaman bizə bir nəfər yaxınlaşdı. “”Sən nə çox danışırsan, bu dəqiqə səni basdıracam”- dedi, – Tanıdın məni? 41-ci Polis Bolməsinin rəisiyəm. Zaur Bədəlov gülə – gülə də ətrafdakılara baxıb sanki “qəhrəmanlıq” etdiyini nümayiş etdirdi. Mən onu mədəni olmağa dəvət edəndə isə cavabım rəisin xoşuna gəlmədi: “Sən gerçəkdən çox danışırsan, gözlə gör necə basdıracam” – dedi. Mən də – Siz məni təhdid edirsiniz? Kimi təhdid etdiyinizin fərqindəsinizmi? Bu təhdidinizə görə üzr istəməlisiniz” dedim.
Bir neçə dəqiqə sonra mənə bir nəfər yaxınlaşaraq özünü RİH müavini Abid müəllim kimi təqdim etdi. Dedi ki, eşitdim problemləriniz var, mən öz işçilərimi sizinlə göndərim yerində baxsınlar.
Dedim tədbir başlamaq üzrədir, icranın işçiləri 3 – cü massivi yaxşı tanıyır. Mənim getməyimə ehtiyac yoxdur. O təkid etdi ki, “problemin tez həllini tapması üçün, Sizin üçün deyirəm, sonra Sizi axtarmayaq, neçə ki, bura gəlmişik, gedin yeri göstərin, gələn həftə başçıya məruzə edək, həll olunsun”.

Mən də Abid müəllimə inandım. Tədbirə dəvət olunmuş hörmətli agsaqqal qonşumuza yaxınlaşıb təklif etdim ki, hamısı kişidir, mənimlə tez gedək, deyirlər problemin tez həlli naminə 3 – cü massivdəki yerləri göstərək qayıdaq. O da əvvəlcə mənim kimi getmək fikrində deyildi, lakin ümumi problemin tez həll ediləcəyi sözü bizi RİH müavinin təklifilə razılaşmağa meylləndirdi. Abid müəllim özü bizi işçiləri ilə maşına yaxınlaşdırdı və bizi qara maşına oturtdu. Özü isə getdi. Həmin an işçilərə zəng daxil oldu və onlar “üzr diləyirik, narahat etdik, bu maşınla deyil, düşün başqa maşınla gedəsi olduq” dedilər. Hamımız maşından düşdük. Ağ rəngli maşına minəndə gördüm ki, həmin işçilər deyil, artıq başqa adamlar əyləşdi yanımızda. Sürücü maşını sürətlə 41 – ci polis bölməsinin həyətinə sürdü, cəld darvazanı bağladılar və tələb etdilər: “küçəboyu gördüyümüzü protokollaşdırıb aktlaşdırmalıyıq, izahat yazmalıyıq. Xoşluqla deyirik bölməyə keçin”.

Biz imtina etdik. Mən 102 – ə zəng etdim. Aldadılaraq əsassız, qanunsuz olaraq, rəisin qisas alması üçün bölməyə salındığımızı xəbər verdim. Mülki formada ucaboylu, canlı-cüssəli, sifətindən qəzəb və vəhşilik ifadəsi yağan, bizim “yol yoldaşımız”, guya “RİH əməkdaşı olan polis” cümdu üstümə “qoçu”luq etməyə başladı. Telefonu əlimdən alıb var gücü ilə sıxıb zədələdi. Mən telefonumu geri tələb etdim. Qışqırdım ki, geri ver! Dedi “Verməyəcəm, niyə 102-yə zəng etdin? Bizə nə deyilib onu edirik. Xoşluqla gir içəri, yoxsa ağzını – burnunu dağıdacam, sürüyüb salacam içəri. Bəxtin gətirdi ki, kişi deyilsən, bu dəqiqə təpiyin altında dağıdıb, içəridə şürütmə çəkərdım. Mənim qolumdan sıxıb, irəli itələməyə başladı, qolumu onun çəngindən çıxartmağa cəhd göstərirdim. O növbətçi hissədən, içəridən formalı polisi köməyə çağırdı. İçəri girmirdim. Dedim, nə izahat, nə protokol, bura polisdir! Sən dayanacaqmı qoyacaqsan, işıqmı quraşdıracaqsan, torpaq yaymağa ekskavatormu verəcəksən?

Bir müsibətlə zorla məni dartışdırıb, boynumun kökündən döyəcləyib içəri salmağa nail oldu. Halım pisləşdi, taqətim yox idi. Mən təcili yardım çağırmaq üçün formalı polisdən yalvarıb telefonumu aldım. Təcili yardım çağırdım. 5 – ci çağırışda gəldilər bölməyə, iynə vurdular. Təcili yardımın köməyilə özümə gələndən sonra rəisin telefon göstərişiylə məni bölmədən buraxdılar. Bölmədən çıxandan sonra Səbail rayon prokurorluğuna müraciət etdim. Nəticənin müsbət həll olunacağına şübhəm olduğundan daha yuxarı instansiyalara müraciət etməyə qərar verdim”.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın