Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Xanım İsmayılqızı Zəhraya şeir yazdı -“Ölümüylə hamını ayaq üstə qaldırdı”

Xanım İsmayılqızı Zəhraya şeir yazdı -“Ölümüylə hamını ayaq üstə qaldırdı”

Şairə-bəstəkar Xanım İsmayılqızı iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni əsgərləri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhraya şeir həsr edib.

AzNews.az Xanım İsmayılqızının “Zəhranın səsinə” adlı şeiri təqdim edir.

Zəhranın səsinə…

Səslərin arasında bir körpə səsi uçur,
Harayında ağrılar, ümid nəfəsi uçur.

Qulaqları batırır güllədən keçən ömür,
Bu gözlərin yaşını içinə içən ömür.

Burda səsi kəsildi, gedib dünyaya çatdı,
Adamlıqdan çıxanlar yenə günaha batdı.

Son damlaya çevrildi, səbirləri daşırdı,
Ona da bu torpaqda yaşamaq yaraşırdı.

Neçə-neçə körpənin batırılan səsidi,
Bəlkə oyatmaq üçün dünyaya gəlməsidi.

Ölümüylə hamını ayaq üstə qaldırdı,
İntiqamın marşını ürəklərdə çaldırdı.

Bütün Zəhra ürəkli körpələr susdu sanki,
Vəhşiliyin üzünə ürək qan qusdu sanki.

Bəlkə də haqsızlığı susdurmağa gəlmişdi,
Bu vətənə adını yazdırmağa gəlmişdi.

Balaca mələyimiz, qanın yerdə qalmasın,
Qanlar damarda coşsun, qanlar gözə dolmasın.

Yazılan qanunları indi pozmaq vaxtıdı,
Hər körpənin səsindən bayraq asmaq vaxtıdı.

Səslərin arasında bir körpə səsi uçur,
Harayında – irəli, üsyan – kəlməsi uçur.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın