Ana səhifə / Siyasət /  Xalik Məmmədov “Gülən işi” ilə bağlı istintaqa çağrılmasını təkzib edir – FOTO

 Xalik Məmmədov “Gülən işi” ilə bağlı istintaqa çağrılmasını təkzib edir – FOTO

Bu gün  bəzi elektron media  vasitələrində Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədovun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri Üzrə İstintaq İdarəsindən aparılan “Gülən İşi” üzrə istintaqa cəlb olunduğu barədə məlumatlar yayılıb.

Məlumatda qeyd olunur ki, SOCAR rəhbərliyində çalışan bir qrup şəxsin cəlb olunduğu istintaqda bir neçə dəfə dindirmələr olub və vitse-prezident öz vəkiliylə bu prosesdə iştirak edib. Xalik Məmmədova verilən əsas suallardan biri isə Fətullah Gülənə məxsus ali məktəbləri bitirən və onun şəbəkəsinə daxil olan şəxlərin SOCAR-da necə işə alınması ilə bağlı olub. Azinforum.az xəbər verir ki, Xalik Məmmədov  öz “Feysbuk” səhifəsində bu məsləyə aydınlıq gətirib. Azinforum.az vitse-prezidentin fikirlərini təqdim edir:

“Bir neçə elektron kütləvi informasiya vasitələri heç bir əsası olmayan, məsuliyyətsiz, əsassız və yalan məlumat yayaraq mənim guya ki, istintaqa cəlb olunmağımla bağlı işgüzar fəalyyətimə, şərəfimə və ləyaqətimə xələl gətirə biləcək məlumat yayıblar. Guya ki, mən Baş Prokrurluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsində istintaqa cəlb olunmuşam…

Bu xəbəri yayan informasiya vasitələrinin rəhbərlərini, yazının müəllifini məsuliiyətə çağırır, onların yoxlanılmamış məlumatı yaymaqda hansı hüquqa zidd hərəkət etdiklərini özlərinə xatırlatmaq istəyirəm….. Yəqin ki, jurnalist, bununla bağlı istintaq aparan orqandan həqiqəti öyrənməli və sonra ictimailəşdirməli idi. Bu onun borcudur və buna görə məsuliyyəti var.

Tutduğm mövqeyə və daşıdığım vəzifə öhdəliklərinə görə mən jurnalistlər üçün həmişə açıq olmağa çalışmış və onların suallarını cavablandırmağa çalışmışam. Bu xəbərlə bağlı isə mənə heç kim müraciyət etməmişdir…. Düşünürəm ki, bu xəbəri çap edənlər, onu saytlarında yayanlar hüquqi məsuliyət və cavabdehlikdən xəbərsiz deyillər. Ona görə də sayıram ki, jurnalist etikasına yaraşmayan və məhkəməyə gətirib çıxarda biləcək bu hərəkətlərindən çəkinsinlər….

Mən hal hazırda növbəti əmək məzuniyyətindəyəm və tam təsadüf üzündən bu xəbəri oxumuşam. “SOCAR ” Mətbuat xidməti bununla bağlı açıqlama vermişdir, çox sağ olsunlar….”

Azinforum.az

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın