Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Xaləddin İskəndərov maşınından danışdı

Xaləddin İskəndərov maşınından danışdı

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xidməti avtomobilinin cərimə meydançasına aparılmasına münasibət bildirib. X.İsgəndərov Axar.az-a verdiyi açıqlamasında sözügedən avtomobilin ona məxsus olmadığını deyib:

“Mən bu xəbəri mətbuatda oxudum. Həmin avtomobil cərimə meydançasına aparılarkən mənim avtomobilim avtodayanacaqda olub. Əgər belə bir hal baş versəydi, bunu deyərdim. Amma belə bir şey birmənalı şəkildə olmayıb”.

Xatırladaq ki, dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobilin saxlanıldığı barədə məlumat yayılıb. Avtomobilin saxlanılmasına səbəb kimi üzərində qadağan olunmuş “FiFA” siqnalı və sayrışın işıqların olması göstərilir. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir. Avtosfer.az saytı 10 AA 812 dövlət nömrə nişanlı avtomobilin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti maşını olduğunu yazıb.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın