Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / X sinif şagirdləri universitetə qəbul olunacaq – Qərb Universitetindən yenilik

X sinif şagirdləri universitetə qəbul olunacaq – Qərb Universitetindən yenilik

25 illik təcrübə və mükəmməl təhsil bazası olan Qərb Universitetinin nəzdində “Qərb Bilik Akademiyası” adı altında tədris mərkəzləri fəaliyyətə başlayıb.

Qafqazinfo” xəbər verir ki, mərkəzdə abituriyent, magistr, xarici dil kursları, dövlət qulluğuna hazırlıq və xaricdə təhsil təklif edilir. Dərslər Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən xüsusi təlim keçmiş peşəkar müəllimlər tərəfindən aparılacaq.

Sınaq imtahanlarında yüksək bal toplayanlara güzəşt və mükafatlar, abituriyentlərin xarici ölkələrə qısamüddətli turlarının təşkili nəzərdə tutulur. Abituriyent hazırlıqlarına üzv olan şagirdlərin universitetdə davam edən tədris prosesini müşahidə etmək üçün qatılması və kitabxanadan istifadə etməsi mümkün olacaq.

Qeyd edək ki, ölkənin ilk özəl ali təhsil ocaqlarından biri olan Qərb Universitetinin hazırda 180-dən çox yüksək səviyyəli təhsil işçisinin cəlb edildiyi beş fakültəsində 36 ixtisas üzrə 1000-dən artıq tələbə əyani və “distant” formada bakalavr, magistratura və doktorantura təhsili alır.

Əlavə məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiz:

https://www.facebook.com/QerbBilikAkademiyasi/?fref=ts

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın