Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Siyasət / “Xəzərdən keçidlər çox böyük əhəmiyyət kəsb edir” – Çavuşoğlu

“Xəzərdən keçidlər çox böyük əhəmiyyət kəsb edir” – Çavuşoğlu

“Bu gün Azərbaycan-Türkiyə-Qazaxıstan arasında çox tarixi görüş baş tutdu”.
Bunu Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, bugünkü iclas çox uğurlu şəkildə keçib.

Nazir eyni zamanda, Azərbaycan-Türkiyə-Qazaxıstan arasında əlaqələrdən də bəhs edib: “Türk Dövlətləri Təşkilatı rəhbərliyi altında biz beynəlxalq platformalarda da əməkdaşlıq edirik. Qardaşlarımla çox tez-tez görüşürük. Potensialımızı artırmalıyıq. TANAP, Bakı-Tbilisi-Qars kimi layihələr regionumuzda dəyişikliklərə səbəb olub. Biz bunları can Azərbaycanla birgə həyata keçirmişik. İndi Orta dəhlizin inkişafına ehtiyac var. Xəzərdən keçidlər çox böyük əhəmiyyət kəsb edir. İnfrastruktur və kommunikasiya əlaqələrini inkişaf etdirməliyik”.

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …