Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Xəzərdə itkin düşmüş neftçinin həyat yoldaşından həqiqəti gizlədirlər

Xəzərdə itkin düşmüş neftçinin həyat yoldaşından həqiqəti gizlədirlər

Dekabrın 15-də Xəzər dənizində əsən güclü külək nəticəsində estakadanın bir hissəsinin dənizə uçurması nəticəsində itkin düşən neftçilərdən biri də 59 yaşlı mexanik Elçin Həsənovdur.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Elçin Həsənov uzun illər ARDNŞ-də Azərbaycan Dəniz Neft İnşaat Trestinin baş direktoru işləmiş, ömrünün 50 ilini neft sənayesinə həsr etmiş, hazırda təqaüddə olan 82 yaşlı məşhur neftçi Rakif Həsənovun qardaşıdır.

Elçin Həsənov 1957-ci ildə Salyan şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitunu bitirib. Müxtəlif təşkilatlarda mühəndis işləyib. 20 ilə yaxın imiş ki, “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində mexanik işləyirmiş. Evlidir. 2 övladı var. Həyat yoldaşı Sehranə Həsənova Salyan şəhər 2 saylı orta məktəbində müəllimə işləyir. Oğlu Yaqub Bakıdakı bankların birində mütəxəssisdir.

Hadisə baş verən gecə Elçin Həsənov axşam saat 8 radələrində evlərinə zəng vuraraq hal-əhval tutub. Soyuqdəymədən əziyyət çəkdiyi üçün narahat olan həyat yoldaşına yaxşı olduğunu bildirib. İş növbəsi isə 3 gün əvvəl, dekabrın 11-də başlanıbmış.

Onu da qeyd edək ki, hadisə baş verən gün itkin düşmüş neftçinin həyat yoldaşı Sehranə müəllimə Masallıda keçirilmiş orta məktəb müəllimlərinin biliyinin diqnostik qitmətləndirilməsinə gedəcəyi üçün ona bu barədə yalnız imtahandan çıxdıqdan sonra məlumat verilərək deyilib ki, həyat yoldaşı Elçin Həsənov infarkt keçirib. Amma külək olduğu üçün onu sahilə gətirə bilmirlər. Acı xəbərdən sarsılaraq öz otağına çəkilib hönkürən qadına hələ də acı həqiqəti deməyə cəsarəti çatan tapılmır..

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın