Çərşənbə axşamı , Aprel 20 2021
Ana səhifə / Siyasət / Xəzər nefti üzrə dissertasiya yazan keçmiş kəşfiyyatçı Baydenin milli təhlükəsizlik komandasında

Xəzər nefti üzrə dissertasiya yazan keçmiş kəşfiyyatçı Baydenin milli təhlükəsizlik komandasında

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris Ağ ev yanında Milli Təhlükəsizlik şurasının yeni üzvlərini elan ediblər. Baydenin mətbuat xidmətinin yaydığı məlumata görə, yeni əməkdaşlar arasında Andrea Kendall-Teylor da var. O, Rusiya və Mərkəzi Asiya işləri üzrə direktor vəzifəsinə təyin olunacaq.

Andrea Kendall-Teylor keçmiş kəşfiyyat zabitidir və Milli Kəşfiyyat Agentiyinin Rusiya və Avrasiya üzrə idarəsində işləyib, habelə Mərkəzi Kəşfiyyat İdarəsinin baş analitiki olub. O, Xəzər ölkələri və regionun karbihidrogen ehtiyatlarının inkişafı üzrə dissertasiya işinin müəllifidir. 2011-ci ilin avqustunda Kendall-Teylorun da müəllifi olduğu “Caspian Energy Politics” adlı dissertasiya işində Xəzər regionunun üç əsas neft-qaz ixracatçısının-Azərbaycan, Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarının rolunun, onun Rusiya və Çinlə münasibətlərə təsirinin analizi aparılıb. Virtualaz.org

Həmçinin oxuyun

Qarabağda anti-terror əməliyyatı gözləniləndir

“Qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil”. Burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də …