Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Xərçəng xəstəsi olan azərbaycanlı jurnalist kömək istəyir

Xərçəng xəstəsi olan azərbaycanlı jurnalist kömək istəyir

Ömrünün 20 ilini jurnalistika sahəsinə həsr edən və mədəniyyət sahəsindən yazdığı məqalələrlə tanınan jurnalist Mətanət Şamilqızının təcili köməyə ehtiyacı var. Təvəzökar jurnalist neçə illərdir ki, onkoloji xəstəlikdən (el arasında xərçəng xəstəliyi adlanır) əziyyət çəkir.
“2010-cu il noyabr ayında onkoloji xəstəlikdən əməliyyat olundum. Xəstəliyin ağır olduğunu əməliyyatdan sonra bilən həkimlər həmin ilin dekabrın 1-də yenidən 5 saatlıq əməliyyata qərar veriblər. Hər 6 aydan bir əməliyyat oluduğum İran İslam Respublikasında həkim nəzarətində idim. 2017-ci ildə müayinə vaxtı yenidən onkoloji xəstəlik aşkarlandı və yanvarın 17-də ağır əməliyyat keçirdim. Bəd xassəli şişin böyük ərazini əhatə etdiyini görən həkimlər fevralın 3-də növbəti əməliyyatı həyata keçiriblər. Hazırda təcili olaraq bir ay yarım hər gün şüa almalı və daha sonra beş il müddətində xüsusi olaraq həkimin təyin etdiyi dərmanla həyatımı davam etdirməliyəm. Şüa mütləq tez bir zamanda başlamalıdır.”, – deyə, M.Şamilqızı bildirib.
Mətanət Şamilqızı qayğıkeş anadır. Belə ki, o, rəhmətə gedən bacısının iki övladını övladlığa götürüb və həyat yoldaşı ailəni tərk etdikdən sonra 4 övladı təkbaşına tərbiyə etmək məcburiyyətində qalıb.
O, gələcək 5 il ərzində ciddi həkim nəzarətində olmalıdır. Hazırki mərhələdə onun 10 min manat vəsaitə ehtiyacı var. Bu məbləğin yarısı edilən əməliyyatlar üçün ödəniləcək. Yardım əlini uzatmaq istəyənlər üçün əlaqə nömrəsi:
Əlaqə telefonu: (+994 55) 780 22 65
Beynəlxalq Bank / Manat hesabı:
AZ24IBAZ33811018403129990216
Beynəlxalq Bank / Dollar hesabı:
AZ94IBAZ33881019443129990216

0metanet-samilqizi-sos-tecili-komek (2)1487567250.jpg (86 KB)

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …

Bir cavab yazın