Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Xərçəng xəstəliyi ilə bağlı dəhşətli STATİSTİKA

Xərçəng xəstəliyi ilə bağlı dəhşətli STATİSTİKA

Son illər xərçəng xəstəliyi insanların bəlasına çevrilib. Artıq hər 5 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.
Bir neçə il bundan öncə insanlar tərəfindən qeyri-adi qarşılanan xərçəng artıq qrip kimi yayılıb və insanların qorxulu yuxusuna çevrilib.

Berlindəki Robert Koch İnstitutu Xərçəng Qeydiyyat Məlumatları Mərkəzinin Almaniyada apardığı araşdırma zamanı ölkədə hər iki nəfərdən birinin xərçəng xəstəliyinə tutulduğu məlum olub.
Modern.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, 2012-ci ildə təxminən 252000 kişi, 225900 qadın xərçəng xəstəliyinə tutulub.

Xərçəng xəstələrinin yarısından çoxu süd vəzi xərçəngi, ağciyər xərçəngi, mədə xərçəngi və prostat vəzi xərçəngindən əziyyət çəkir.

Yaş artdıqca xəstəlik riski daha da artır.

Xəstəliyin yaranma səbəbi isə məlum deyil. Ümumilikdə isə xərçəng əsasən orta yaşlı insanlarda daha çox müşahidə olunur.

Aparılan araşdırmanın nəticəsində məlum olub ki, son illərdə kişilərin bu xəstəliyə yoluxma riski daha da artıb. Bu risk kişilərdə 51 faiz, qadınlarda isə 43 faiz təşkil edir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın