Çərşənbə , May 22 2019
Ana səhifə / Siyasət / Xələf Xələfovdan Paşinyanın bəyanatına münasibət

Xələf Xələfovdan Paşinyanın bəyanatına münasibət

“Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi uzun illərdir davam edir. Bunun davam etməsinin əsas səbəbi ərazilərimizin işğal olunmasıdır. Ermənistan nə qədər ki, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmir, bu məsələnin həlli uzanır, irəli gedə bilmir. Ümid edirik ki, yeni seçilmiş Ermənistan hakimiyyəti daha konstruktiv mövqe nümayiş etdirəcək, xüsusilə işğal olunmuş ərazilərin azad olunması məsələsində reallığı nəzərə alacaq. Onda danışıqlar prosesini sülh yolu ilə həll olunması prosesini irəli aparmaq olar”.

Bu sözləri Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. X. Xələfov bildirib ki, separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi iştirakını təklif etmək düzgün deyil.

“Artıq danışıqlar formatı təsdiqlənib. ATƏT çərçivəsində format bəyan olunub. Danışıqlarda münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan, vasitəçi kimi Fransa, ABŞ və Rusiya iştirak edir. Biz inanırıq ki danışıqlar bu formatda da davam etdirilməlidir.

Torpaqlarımızın tezliklə işğaldan azad olunması bir nömrəli məsələ kimi danışıqların mövzusu olacaq. Əvvəllər də belə cəhdlər olub. Lakin bu, real deyil, cəfəngiyatdır, danışıqlar prosesinə uyğun gəlmir. Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir və müzakirə predmeti deyil. Gündəlikdə olan vacib məsələlərdən biri də məcburi köçkünlərin işğal olunmuş torpaqlara qayıtmasıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu bəyanatla Ermənistanın yeni baş naziri Nikol Paşinyan çıxış edib. (APA)

Həmçinin oxuyun

İSGƏNDƏR HƏMİDOV HƏBS OLUNA BİLƏR -“Bandotdel” sabiq nazirin tərəfdarlarını saxlayıb; pul aldıqları etiraf olundu…

Mayın 19-da müalicə adıyla Azərbaycanı tərk edən sabiq daxili İşlər naziri İsgəndər Həmidovu ölkəyə dönəcəyi …