Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / WhatsApp-da yaşanan problemin səbəbi bilindi

WhatsApp-da yaşanan problemin səbəbi bilindi

Yeni ilə qədəm qoyulan ərəfədə WhatsApp proqramında problem yaşanıb.

xəbər verir ki, problem avropa ölkələri, ümumilikdə bütün dünyada yaşanıb.

Şirkətin rəsmi saytında, Twitter və Facebook səhifələrində heç bir məlumat verilməyib.

“Reuters” agentliyinə danışan WhatsApp sözçüsü problemin yaşandığı ilə bağlı iddiaları qəbul edib və proqramın servisində gedən işlərlə əlaqəli olduğunu bildirib.

Sözçü “Bu gün bir çox insanlar mesaj göndərmək və qəbul etməkdə problem yaşayıb. Bununla əlaqədar olaraq servisdə yeniləmə işlərinə başladıq, problemin aradan qaldırılmasına çalışırıq” deyə qeyd edib.

Qeyd edək ki, problem artıq aradan qaldırılıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın