Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “WhatsApp” bu telefonlarda işləməyəcək – SİYAHI

“WhatsApp” bu telefonlarda işləməyəcək – SİYAHI

Androidlərin köhnə versiyalarına “WhatsApp” dəstəyi verilməyəcək.

Sosial media nəhəngi olan Facebook-un sahibi olduğu “WhatsApp” artıq “iOS6”, “Windows Phone 7”, “Android 2.1” və “Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək.

Bildirilib ki, yenilənmiş “WhatsApp” həmin proqramlarla təmin edilmiş telefonlarla uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bundan başqa 2017-ci ilin ortalarınadək “BBOS” və “BlackBerry 10” proqram təminatlı cihazlardan “WhatsApp”a giriş mümkünsüz olacaq.

Lent.az

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın