Çərşənbə , Mart 3 2021
Ana səhifə / Siyasət / Vüqar Səfərli YAP-dan xaric edildi

Vüqar Səfərli YAP-dan xaric edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Unikal.org-un məlumatına görə, V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

Xatırladaq ki, Vüqar Səfərli Bakının Səbail rayonunda jurnalistlər üçün ev tikintisinə ayrılan vəsaiti və yerli medianın inkişafı üçün nəzərdə tutulan külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.

Həmçinin oxuyun

Rəsul Quliyev sevindi, lideri olduğu partiyanın sədri onu qınadı – QALMAQAL

Ermənistan baş naziri Nikol Paşinyan martın 1-də İrəvanda on minlərlə insanın qatıldığı mitinq keçirdi. Baş …