Ana səhifə / Siyasət / “Vüqar Səfərli Əli Həsənovun əleyhinə ifadə versə…”

“Vüqar Səfərli Əli Həsənovun əleyhinə ifadə versə…”

“Dövlətin mətbuata ayırdığı vəsaiti demək olar ki, qanunsuzluqla öz aralarında bölüşdürüblər. Evləri bölüşdürüblər”.

Bu sözləri Sfera.az-a açıqlamasında KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin həbsindən sonra onunla əlbir olan Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun da istintaqa cəlb ediləcəyi ehtimalına münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:

“O istintaqa açıqlamasında Əli Həsənov əleyhinə müəyyən ifadələr verərsə, onun da cinayət məsuliyyətinə cəlb edilməsilə bağlı əsaslar yaranar. Amma Vüqar Səfərli günahı bütünlüklə öz boynuna alsa, onda Əli Həsənovun məsuliyyətə cəlb edilməsi çətin olacaq. Əslində orada mütəşəkkil cinayətkarlıq baş verib. Söhbət təkcə heç Əli Həsənovla Vüqar Səfərlidən də getmir. Mətbuat Şurasının üzvləri bu cinayətkarlıqda iştirak edib. Hər halda istintaqın gedişində çox məsələ üzə çıxacaq”.

Həmçinin oxuyun

“Ermənistan hələ də məğlubiyyətin şokundadır” – Metyu Brayza

“Qarabağdakı atəşkəsə dair 10 noyabr bəyanatı sülhün təməli ola bilər. Açıqlamalardan görünür ki, müzakirələr təməl …