Ana səhifə / Siyasət / Volodimir Zelenski İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Volodimir Zelenski İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.  

Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. 
Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər. 

Həmçinin oxuyun

Azərbaycanda bu partiya fəaliyyətini dayandırdı

Azərbaycanda Sosial Rifah Partiyası (ASRP) fəaliyyətini dayandırıb.Bu barədə partiyanın bəyanatında bildirilib. Qeyd edilib ki, qərarın …