Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / Vladimir Putinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Vladimir Putinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Sentyabrın 27-si səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Bakıya gələcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, V.Putin Bakıda Rusiya – Azərbaycan regionlararası forumda iştirak edəcək: “Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”.

Həmçinin oxuyun

Gürcüstanda rusiyalı deputata görə qalmaqal qopdu, Bakıda səfərdə olan spikerin istefası tələb edilir

Gürcüstanın “Vahid milli hərəkat” və “Avropa Gürcüstanı-azadlıq uğrunda hərəkat” partiyalarından olan müxalifətçi deputatlar spiker İrakli …