Şənbə , Dekabr 9 2023
Ana səhifə / Siyasət / Vladimir Putin Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak etdi

Vladimir Putin Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak etdi

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V.Putin videokonfrans vasitəsilə Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.

Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib./Report

Həmçinin oxuyun

Prezidentliyə namizədlərin siyahısı nə zaman dərc olunacaq?

Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin siyahısı 18 yanvar 2024-cü il tarixinədək dərc olunacaq. Bu, Mərkəzi …