Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / “Vizanın ləğvi əlaqələrin inkişafına xidmət edəcək” – Erkan Özoral

“Vizanın ləğvi əlaqələrin inkişafına xidmət edəcək” – Erkan Özoral

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi qardaşlıq münasibətlərinin təzahürüdür.

Bunu Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsinə münasibət bildirərkən deyib. 

Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcək. İki ölkə arasında gediş-gəlişlər asanlaşacaq: 

“Bu qərar həm də turizmin inkişafına təkan verəcək. İş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək”. 

Həmçinin oxuyun

“Rus xalqı üçün çıxış yolu görmürəm” – Zərdüşt Əlizadə

“Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur”. Bu sözləri Rusiyadakı etiraz aksiyaları …