Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Siyasət / “Vitse-prezidentlər nazirlər kimi yenidən təyin olunmayacaq”

“Vitse-prezidentlər nazirlər kimi yenidən təyin olunmayacaq”

“Azərbaycanda prezident seçkisindən sonra Konstitusiyaya görə yalnız Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilir. Ondan kənarda ali icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı hər hansı norma və ya tələb Konstitusiyada  nəzərdə tutulmayıb”.

Bunu “Qafqazinfo”ya açıqlamasında  deputat Zahid Oruc Nazirlər Kabinetinin istefaya göndərilməsindən sonra məsələnin vitse-prezidentlik institutuna şamil edilib edilməyəcəyi ilə bağlı yaranan suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, 2016- cı il referendumuna görə ölkənin idarəçilik sistemində özünə yeni olaraq yer alan vitse-prezidentlik institutu ilə bağlı belə bir qərarın verilməsinə qətiyyən ehtiyac yoxdur:

“Hesab edirəm ki, bu həm birinci vitse-prezidentə, həm də vitse-prezidentlərə aiddir. Onların təyin edilməsi səlahiyyəti ölkə prezidentinə aiddir. Çünki ali icra hakimiyyətinin vəzifədən getməsi və ya onların 7 illik  seçki dönəmindən sonra yenidən təyinatının baş verməsinə də ehtiyac yoxdur. Əlbəttə ki müxtəlif ölkələrdə fərqli məqamların olduğundan danışmaq mümkündür. Amerikada  hər iki institut seçki vasitəsilə müəyyənləşir. Amma Azərbaycanda prezident birinci vitse-prezidenti təyin edir”.

Həmçinin oxuyun

Hikmət Hacıyev: “Buradan “ağıllı” Ağdama qayıtmaq arzusu ilə ayrılırıq”

“Ağdama 120-dən çox diplomatla etdiyimiz səfər ailə fotosunun çəkdirilməsi ilə başa çatıb”. Bunu Azərbaycan Respublikası …