Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Vitse-prezidentlərə hansı sahələr tapşırılacaq?

Vitse-prezidentlərə hansı sahələr tapşırılacaq?

Konstitusiyaya təklif edilən dəyişikliklərə xalqın “hə” deməsindən sonra əsas müzakirə mövzularından biri də Azərbaycanda yeni sistem olan vitse-prezidentlik institutu ilə bağlıdır. 
Bu mövzuda səslənən müxtəlif ehtimal və şərhləri millət vəkili Vahid Əhmədov Axar.az üçün şərh edib. Millət vəkilinin sözlərinə görə, yeni qurum olan vitse-prezidentlik institutunun fəaliyyət mexanizmi hələlik dəqiqləşdirilməyib:
“Dövlət qurumlarının, nazirliklərin vitse-prezidentə tabe olacağı ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Hələ o da məlum deyil ki, vitse-prezidentlik institutu hansı məsələlərlə məşğul olacaq. Cəmiyyət arasında müəyyən şərhlər səsləndirilir ki, vitse-prezidentlik institutu ilə paralel Nazirlər Kabineti fəaliyyət göstərəcək və yaxud ləğv olunacaq. Hesab edirəm ki, vitse-prezidentlik institutu Azərbaycanda yeni olduğu üçün, bu qurum oturuşana qədər Nazirlər Kabineti fəaliyyət göstərəcək. Bu, 5 ilə qədər çəkə bilər. Ondan sonra Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər”.
Deputatın sözlərinə görə, vitse-prezidentlik institutu birbaşa ölkə başçısının səlahiyyətindədir:
“Bu institut cənab prezidentin müəyyənləşdirdiyi sahələr üzrə fəaliyyət göstərəcək. Ola bilər ki, orada, məsələn, heç iqtisadi sahə olmasın. Amma hesab edirəm ki, iqtisadi sahəyə baxan bir vitse-prezidentin olması çevik qərarların qəbulu baxımından yaxşı nəticələr verə bilər.
Qarabağ üzrə də vitse-prezident olması gözləniləndir. Çünki bu mövzu bizim üçün çox önəmlidir, bu sahəyə diqqəti artırmaq lazımdır.
Naxçıvan üzrə vitse-prezidentə müəyyən səlahiyyət verilməsi də gözləntilər sırasındadır. Ancaq bir daha qeyd edim ki, bunlar ehtimallar və gözləntilərdir, son sözü cənab prezident deyəcək”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın