Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Vitali Kliçkonun Azərbaycana səfər proqramı açıqlanıb

Vitali Kliçkonun Azərbaycana səfər proqramı açıqlanıb

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko oktyabrın 1-də Azərbaycana gələcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində V.Kliçkonun Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısıHacıbala Abutalıbovla görüşəcəyi gözlənilir.

Görüşlərdə Bakı və Kiyev arasında əməkdaşlığın inkişafı perspektivləri, eləcə də ikitərəfli iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Kiyev merinin səfəri oktyabrın 4-dək davam edəcək.

Xatırladaq ki, V.Kliçko bu ilin aprelində Bakıda səfərdə olub. Səfər zamanı o, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Ukrayna tərəfininin köhnə tikililərin bərpası və müasir infrastrukturun qurulması təcrübəsini qəbul etməsi ilə bağlı məsələ müzakirə olunub.

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …