Ana səhifə / Siyasət / Vilayəti: Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir

Vilayəti: Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir

“Amerikanın planı Cənubi Qafqazda təlatümlər yaratmaqdır”.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bildirib.

“Son günlərdə NATO başda olmaqla, Aİ və ABŞ Brüsseldə Qafqaz regionuna müdaxiləyə dair yeni planının yaradılması ilə bağlı qərar qəbul edib”, – deyə vurğulayan Vilayəti daha sonra qeyd edib:

“Bu plan regiondakı bəzi vasitəçilərin köməyinə əsaslanır. Ona əsasən region xalqlarının tarixi sərhədləri dağılacaq. Amerikalılar Xəzər dənizi və Mərkəzi Asiyada enerji resurslarına çıxış əldə etmək bəhanəsi ilə Rusiyanın cənubuna və ya İranın şimalına can atırlar. Başlanğıcdan bu planın bəzi regional tərəfdarları onu dəstəkləyiblər, lakin İslam Respublikası buna qarşı çıxıb”.

Əli Əkbər Vilayətinin sözlərinə görə, narahatlıq Rusiyanın Cənubi Qafqazda zəifləyəcəyi və NATO-nun İranın qonşusu olacağı ilə bağlıdır:

“İrana həris olan ölkələr qapıdan sıxışdırıldıqda pəncərədən içəri girəcəklər, lakin biz onlara Zəngəzur dəhlizinin açılması ilə bağlı etdiyimiz kimi deyirik: İstənilən halda eyni nəticəyə malik başqa bir planımız olacaq. 

Biz “3+3” düsturunun Cənubi Qafqazın gələcək problemlərinin həlli yolu olduğuna inanırıq. İslam Respublikasının Azərbaycan və Ermənistanla uzun tarixi əlaqələri var və bu iki qonşu ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanması çox mühümdür.

İranı hələ də tanımayan ölkələri açıq şəkildə xəbərdar edirik: İslam Respublikası İranın təhlükəsizliyinə qəsd etmək niyyətində olan heç bir ölkə, təşkilat və ya birliyə bu ərazidə fəaliyyət göstərmək imkanı verməyəcək. Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …