Bazar , Avqust 25 2019
Ana səhifə / Siyasət / “Vidadi Zeynalovun yerimə qabiliyyətini itirib” – Vəkil

“Vidadi Zeynalovun yerimə qabiliyyətini itirib” – Vəkil

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun sağlıq durumundan ciddi problemlər var. Bu haqda “Yeni Müsavat”a onun vəkili Ceyhun Yusifov məlumat verib. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qərəzli münasibət var: “Vidadi Zeynalov səhhətindəki problemlə əlaqədar olaraq, görüş otağına gələrkən çox əziyyət çəkir. O, həbs edilməmişdən əvvəl diz qapağından əməliyyat olunub. Onun belində ağır dərəcəli onurğa yırtığı (qrija) və sinir ağrıları var. Buna görə də Vidadi Zeynalov otura bilmir. O, yerimə qabiliyyətini itirmək həddindədir. O, ya yataqda uzanmalı, ya da ayaq üstə dayanmalıdır. Bizim şikayətlərimizdən sonra onu 3-ci mərtəbədən 1-ci mərtəbəyə köçürdülər. Amma onu şəraitsiz otağa köçürüblər. Ona qarşı məhdudiyyətlər 5 qat artırılıb. Vidadi Zeynalov mənə şiddətli ağrılarının olduğunu, buna görə gecələr yata bilmədiyini deyir. Onu formal olaraq şəraitsiz, nəmişlik otağa keçiriblər. Həmin otaqdakı şərait onun xəstəliyinə daha da pis təsir edir”.

Vəkil Ədliyyə Nazirliyi rəhbərliyinə müraciət edərək Vidadi Zeynalovla bağlı məsələyə diqqət ayırılmasını istəyib: “Vidadi Zeynalovun telefon danışıqlarına qadağa tətbiq edilib, yaxınları ilə görüşmək hüququ məhdudlaşdırılıb. Vidadi Zeynalova qarşı açıq şəkildə aqressiv münasibət sərgilənir. Ona xüsusi dietik qidaların verilməsinin də qarşısı alınır. Bu təzyiqlərə son qoyulmasını xahiş edirik”. Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluq Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində ittiham edilib. Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Bu müddət sonradan bir neçə dəfə artırılıb.

Həmçinin oxuyun

SÜLHƏDDİN ƏKBƏR ELÇİBƏYLƏ ARASINDAKI FİKİR AYRILIĞININ SİRRİNİ AÇDI: “Mən ona rəsmi məlumat vermişdim” – MÜSAHİBƏ

Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına rəhbərlik …

Bir cavab yazın