Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Vidadi Zeynalovun məhkəməsi başlayır

Vidadi Zeynalovun məhkəməsi başlayır

Rabitə Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cinayət işi üzrə istintaq başa çatıb.

Qafqazinfo” məsələ ilə bağlı V.Zeynalovun vəkili Ceyhun Yusifovla əlaqə saxlayıb. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin həbsdə vəziyyətinin yaxşı olmadığını qeyd edib: “Son 1 ay yarım ərzində 5 dəfə kamerası dəyişdirilib. Hər dəfə də daha pis şəraiti olan kameralara salınıb. Biz başa düşə bilmirik, Vidadi Zeynalov rabitə nazirinin əmrinə tabe olubsa, 10 ay İstintaq Təcridxanasında məhbus kimi cəza çəkən şəxsə qarşı sadaladığım hərəkətlərin aparılması nə dərəcədə düzgündür? Dəfələrlə, İstintaq Təcridxanasının rəhbərliyinə və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişik, lakin heç bir nəticə olmayıb. Vidadi Zeynalov ürək-damar xəstəlikləri, bel və diz qapağının ağrılarından əziyyət çəkir. Bu ağır rejimdə saxlanılması nəticəsində sabah baş verə biləcək fəsadların qarşısında kim cavab verəcək?

Hazırda istintaq yekunlaşıb, tanış olma mərhələsidir. Vidadi Zeynalov heç bir ittihamı qəbul etmir. O, nə nazir, nə də nazir müavini olmayıb. Vidadi Zeynalov bütün əmrləri nazirdən alıb və icra edib. Sadəcə, bunun nəticəsində 10 aydır cəza çəkir”.

Qeyd edək ki, Vidadi Zeynalov 2015-ci ilin noyabrında saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın