Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Vidadi Bərdəlinin qızı: “Qardaşım adam öldürməyib”

Vidadi Bərdəlinin qızı: “Qardaşım adam öldürməyib”

Mərhum müğənni Vidadi Bərdəlinin müğənni qızı Aytac Bərdəli qardaşının  borca görə adam öldürməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Azinforum.az xəbər verir ki, müğənni mətbuata açıqlamasında qeyd edib ki, onun Tural adlı qardaşı yoxdur: “Bu yalan xəbərdir, mənim Tural adlı qardaşım yoxdur. Mənim atam dünyasını dəyişib, onun ruhunu narahat etməyin. Belə yalan xəbərləri kimin çıxardığını bilmirəm. Əgər kimsə belə yalan xəbəri bilərəkdən çıxarırıb ailəmi narahat etmək istəyirsə, haqqımı ona halal etmirəm. Başım sənətimə qarışıb, sakitliyimdən istifadə edirlər. Belə şayiə yayanlara ayıb olsun”.

Qeyd edək ki, Lent.az saytının yaydığı məlumata görə, Bərdə rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib. Qətl törədən T. Allahverdiyevin bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğlu olduğu bildirilir.

Həmçinin oxuyun

Rusiya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən verilən məlumata …

Bir cavab yazın