Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Veysəloğlu Şirkətlər Qrupu əqli geri uşaqlar üçün bayram şənliyi təşkil edib

Veysəloğlu Şirkətlər Qrupu əqli geri uşaqlar üçün bayram şənliyi təşkil edib

Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentindən Azinforum.az-a verilən məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupu Bakı Baş Təhsil İdarəsinin nəzdnində fəaliyyət göstərən 11 saylı Xüsusi Təhsil Məktəbində təhsil alan uşaqları ziyarət edib.

v1
Şirkət rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb.
Veysəloğlu MMC hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdə saxlayıb.
Sözü gedən tədbirdə ümumilikdə 100-ə yaxın yüngül kəmağıllı (əqli geri uşaqlara) Veysəloğlu şirkətinin distribyuteri olduğu Şölen fabrikinin Ozmo məhsulları və müxtəlif hədiyyələri təqdim edilmişdir.

v2
Məktəb rəhbərliyi və uşaqlar onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını və sevinclərini ifadə ediblər.
Bayram şənliyində iştirak edən şirkət rəhbərliyi bu kimi tədbirlərin gələcəkdə daha geniş və mütəmadi keçiriləcəyini, xüsusi qayğıya ehtiyacı olan uşaqların daim diqqətdə saxlayacaqlarını vurğulayıblar.

v3

v4

v5

v6

v8 v9

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın