Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Vergilər Nazirliyi özünə 33 mərtəbəli bina tikdirir

Vergilər Nazirliyi özünə 33 mərtəbəli bina tikdirir

Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycan Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisini həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Məlumata görə, hündürlüyü 169 metr olacaq bina 33 mərtəbəlidir. Ümumilikdə, 44 200 kv. metr qapalı sahəyə malik layihə çərçivəsində bina 30 min kv. metr ərazidə yerləşəcək.

Qeyd edək ki, SOCAR-ın rəsmi inzibati binası olan “SOCAR Tower”i də “Tekfen İnşaat” inşa edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın