“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər Vergilər Departamentini məhkəməyə verib. Modern.az saytı xəbər verir ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.
Vergi borcunun məbləği açıqlanmır.
“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli “Report”a açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Vergilər Nazirliyindən münasibət öyrənib. Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, “Avesta Konserni” MMC ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirmişdi və hazırda məhkəmə çəkişməsi davam edir”.