Ana səhifə / Siyasət / Vergilər nazirindən deputatlara: “Xahiş edirəm, qanunu düzgün oxuyun!”

Vergilər nazirindən deputatlara: “Xahiş edirəm, qanunu düzgün oxuyun!”

Fazil Məmmədov: “Milyonlarla vəsaiti olan var ki, kənardan 5 dənə tibb bacısı gətirib xidmət etdirir”

Milli Məclisin hazırda davam edən plenar iclasında Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Qeyd edək ki, sözügedən qanun layihəsində Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla ümumilikdə 201 dəyişiklik təklif edilir.
 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə çıxışı zamanı deyib ki, qlobal iqtisadi sarsıntılar, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edib: “Buna görə də, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür. Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir”. Komitə sədri çıxışında deyib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir.
Spiker Oqtay Əsədov çıxışa yazılanlarda təkid edənlərin olub-olmadığı barədə zala müraciət edərkən iki nəfər israrla söz istəyib edib.
Deputat Qüdrət Həsənquliyev ölkədəki vergi yükünün ağırlığına diqqət çəkib: “Uzun müddətdir mətbuiatda müzakirələr gedir ki, bizdə vergi yükü çoxdur. Ona görə də vergi əməkdaşları ilə cinayət əlaqəsinə girməyə çalışırlar ki, onlara rüşvət ödəməklə vergi yükünü azaltsınlar. Mən düşünürəm ki, vergi yükü azalsa, bu kimi neqativ hallar aradan qalxar. Sovet dövründə vergini əsasən döbvlət idarə və təşkilatları vergi ödədiyi üçün bziim vətəndaşlarımıza vergi ödəmək mədəniyyəti aşılanmalıdır”.
Eyni zamanda deputat vətəndaşların vergidən tam azad olunmasını da düzgün saymayıb: “Biz simvolik də olsa, vergiləri tətbiq etməliyik, ancaq vergidən tam azad etməməliyik. Bizdə sənaye parkları var ki, 7 illiyinə vergidən azad olunub. Onlar da simvolik vergiyə cəlb olunmalıdır ki, sonradan təyinatları dəyişəndə vergi ödəməklə bağlı problem yaranmasın”. O deyib ki, vergilərin məbləği artdığı üçün bundan sonra ölkəyə avtomobillərin gətirilməsi faizi daha da aşağı düşəcək: “Unutmayaq ki, Azərbaycanda ucuz avtomobillər istehsal olunsa da, bahalı avtomobillər istehsal olunmur”.
Spiker təkidlə söz istəyən Fərəc Quliyevə xitabən “Fərəc Quliyev, de, görüm, nə deyirsən“ deyə, söz verdi. F.Quliyev isə cavabında “Hər bir deputatın haqqıdır ki, məsələlərə münasibət bildrisin, heç kəs ona irad tuta bilməz” deyə, reaksiya verdi.
F.Quliyev xadimələrin, baxıcıların, habelə digər aztəminatlı şəxslərin vergiyə cəlb olunmasını da düzgün saymadı: “Bizim məqsədimiz sosial vəziyyəti pis olan insanların vəziyyətini yaxşılaşdırmaqdır. Bu, prezidentin də siyasətinin əsasını təşkil edir. Ancaq indi bu kateqoriyalı insanlara yardım etmək əvəzinə, onlara vergi tətbiq edirik. Normal iş tapa bilməyənlər gedib bu kimi işlərlə məşğul olurlar ki, dolana bilsinlər. Ona görə də bu bölümün qanundan çıxarılmasını təklif edirəm”.
 
Vergilər naziri Fazil Məmmədov isə deputatların çıxışlarına təpki verdi: “Siz qanunu düzgün şərh eləmirsdiniz. Xahiş edirəm qanunu düzgün oxuyun! Milyonlarla vəsaiti olan var ki, kənardan 5 dənə tibb bacısı gətirib xidmət etdirir. Siz hansı təbəqədən danışırsınız?”
Spiker “iqtisadi islahatlar davam edir, aylardır gözləyirdik” deyə, qanunu müdafiə etdi və səsverməyə çıxardı.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın