Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Vergi müfəttişləri şəhid ailəsinə sitəm edir

Vergi müfəttişləri şəhid ailəsinə sitəm edir

Ailə başçısı Azərbaycan vətəndaşlığından imtina edəcəklərini deyir

“Vergilər Auditi Departamentinin əməkdaşları məni yanına çağırıb dedilər ki, bizə əvvəldən 25 000 manat “tas” verməsən, bundan da böyük məbləğlə cərimə edib səni həbsxanaya saldıracağıq. Nəhayətdə onlar istədiklərinə nail oldular…”
Bu sözləri ailəsində iki şəhidi, Qarabağ əlili, Qarabağ veteranı olan Bakı şəhər sakini Rzayev Rafiq Əsgər oğlu redaksiyamıza göndərdiyi şikayət məktubunda bildirib. Onun sözlərinə görə, qanuni yolla kiçik sahibkarlıqla məşğul olmaq istəsə də, Vergilər Nazirlyinin əməkdaşları ondan qanunsuz olaraq külli miqdarda pul tələb ediblər. Məmurlar öz istədilklərinə çatmadıqları üçün fırıldaqçılıq yolu ilə onun 200 000 (iki yüz min) manat cərimə olunmasına nail olublar:
“Mən Bakı şəhəri Səbail rayonu, M.Hüseyn küçəsi, ev 61-də, 32 kv.m sahəsi olan qaranlıq mənzildə, 6 nəfərdən ibarət ailə üzvlərimlə birlikdə yaşayıram. Bizim ailə iki şəhid verib. Ailəmizdə bir Qarabağ əlili və bir Qarabağ veteranı da var.
 
Yaşayış səviyyəm, dolanışığım ağır olduğuna görə 2012-ci ilin dekabr ayının 20-dən etibarən, Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 31 ünvanında “Əbülfəz market” adlanan obyektdə icarə müqaviləsi bağlayaraq müvafiq qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Elə həmin vaxtda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Auditi Departamentinin əməkdaşları  məni departamentə çağırıb, işləməyim üçün məndən əvvəlcədən 25 000 manat məbləğində pul istədilər. Mən də bildirdim ki, işə təzə başlamışam, mənim birdən-birə o qədər pula gücüm çatmaz.
Belə olan halda vergi əməkdaşı mənə həmin məbləği vermədiyim təqdirdə işləməyə imkan verməyəcəklərini bildirərək, hətta həbsxanaya saldıracaqları ilə  də təhdid etdilər.  Mən isə onlara heç bir cavab vermədən sakitcə departamenti tərk etdim.
Bundan sonra vergi əməkdaşları mənim sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektə gəlib mütəmadi olaraq hər gün yoxlamalar aparmağa başladılar. O cümlədən vergi əməkdaşları əsassız olaraq  07.02.2013-cü il tarixli “Operativ vergi nəzarəti” qərarı açaraq, “nağd pul hesablaşmaları aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edib fırıldaqçılıqla məni 400 manat və 800 manat məbləğində cərimə etdilər.
Daha sonra məni yenidən departamentə çağırıb  25 000 manat pulu tələb etdilər. Mən dedim ki, nə üçün məni işlməyə qoymursunuz? Belə olan halda yenidən 26.04.2013-cü il tarixdən 30.04.2013-cü il tarixə qədər olan dövrə xronometraj metodlu müşahidə aparmaqla məni ümumilikdə 12 000 manat məbləğində cərimələdilər”.
R.Rzayev vergi orqanları əməkdaşlarının haqsızlıqlarına dözməyərək müvafiq qaydada məhkəməyə müraciət etdiyini və məhkəməni qazanmasına baxmayaraq heç bir əsas və sübut olmadığı halda  külli miqdarda cərimə olunduğunu deyir:
“Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2014-cü il tarixli 2-1 (103)-645/2014 nömrəli qərarına əsasən mənim barəmdə vergi orqanı tərəfindən tərtib edilmiş “nağd pul hesablaşmaları qaydalarına riayət olunması vəziyyəti haqqında“ vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 15 mart 2013-cü il tarixli 1307700237030 nömrəli və 16 aprel 2013-cü il tarixli 13077002352021 nömrəli qərarlar ləğv edildi. Lakin məhkəmənin digər qərarları ilə mənim barəmdə aparılan xronoloji medtodlu müşahidlərin nəticələri barədə tətrtib edilmiş (həmin aktlar mənə imza etdirilməyib) aktlara dair iddia etdiyim məhkəmələr mənim iddiamı təmin etmədi. Belə ki, xronometraj metodlu müşahidələrin aparılması üçün AR Vergi Məcəlləsinin 50-1 maddəsində göstərilən tələblər olmadığı halda mənim barəmdə həmin xronoloji metdolu müşahidə aparılmaqla mənə qarşı böyük məbləğdə yəni, 200.000 manat məbləğində vergi borcu yazmaqla məni cəzalandırdılar. Halbuki, mən sahibkarlıq fəaliyyətimə yeni başlamışdım və çox az məhsul sata bilmişdik. Bu cərimələrdən isə belə aydın olur ki, obyektdə külli miqdarda məhsul satılıb ki, bu qədər cərimə edilmişəm. Bütün bunlar vergilər nazirliyinin əməkdaşlarının törətdiyi məmur özbaşınalığı, fırıldaqlar üzündən baş verib”.
R.Rzayev olanlar üzündən ağır ürək xəstəliyinə düçar olduğunu bildirib:
“Bütün bu olaylar mənim infakt xəstəliyinə tutulmağıma səbəb oldu. Əvvəlcə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində, daha sonra isə Musa Nağıyev adına xəstəxanda ürəyimdən cərrahiyyə əməliyyatı keçirdim.
Bütün bunlar azmış kimi 2014-cü ilin dekabr ayında mənim vergi borcum olduğunu bildirməklə əmlakımı siyahıya aldılar. Bu səbəblə haqqımda hətta istintaq işi də açılıb”.
Şikayətçi Vergilər Nazirlyinin əməkdaşlarının özbaşınalığ haqda ölkə prezidentinə və digər aidiyyatı orqanlar müraciət edəcəyini, bunun da nəticəsiz qalacağı təqdirdə ailə üzvləri ilə birgə Azərbaycan vətəndaşlığından imtina edəcəyini deyib:
“Vergi əməkdaşlarının törətdiyi özbaşınalıqlar, vətəndaşları necə incitməsi barədə bir çox aidiyyatı orqanların məlumatı olsa da nədənsə bu məsələyə susaraq reaksiya göstərirlər. Onlar vətəndaşları təhdid edib istədikləri məbləğı əldə edir, əks təqdirdə mənim başıma açdıqları oyunu oynamağa başlayırlar.
Bu barədə prezidentə də müraciət ünvanlayacam. Əgər yenə də bu haqsızlığa qarşı bir cavab gəlməsə şəhid ailəsi olaraq ailə üzvlərimlə birgə ölkə vətəndaşlığından imtina edəcəyik”.

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …

Bir cavab yazın