Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Venesiya Komissiyası ilə rəsmi Bakının referendum skandalı – YENİLƏNİR (FOTOLAR)

Venesiya Komissiyası ilə rəsmi Bakının referendum skandalı – YENİLƏNİR (FOTOLAR)

PA-nın şöbə müdiri Şahin Əliyev: “Venesiya Komissiyası naməlum səbəblərdən referendum aktı layihəsinə dair bütün prosedurları kobud surətdə pozub”

“Mənim yadıma gəlmir ki, bu və ya digər məsələ üzrə Venesiya Komissiyası Azərbaycanla bağlı üç aydan tez hansısa rəyə gəlsin”. 
Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bu fikirləri Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycanda keçiriləcək referendum aktı ilə bağlı rəyini şərh edərkən bildirib.
Dövlət rəsmisinin sözlərinə görə, adətən, ilkin rəy hazırlandıqdan sonra elektron poçt vasitəsilə Azərbaycan tərəfinə göndərilirdi, Azərbaycan tərəfi dinlənilirdi, ondan sonra həmin rəy verilirdi: “Lakin naməlum  səbəblərdən bu dəfə referendum aktı layihəsinə dair bütün bu prosedurlar kobud surətdə pozulub. Bu prosedurun pozulması bir fövqəladəlik hissi yaratmaya bilməz. Bu sorğu Venesiya Komissiyasına sentyabrın 6-da təqdim  olunub. Cəmi 2 həftədən sonra Azərbaycanın rəy bildirmək hüququ əlindən alınaraq, bu rəy Venesiya Komissiyasının saytında dərc olunub”. Ş.Əliyev əlavə edib ki, məhkəmədə qarşı tərəf ittiham edilməkdən əvvəl dinlənilmək hüququ verilir: “Lakin bu hüquq bizim əlimizdən alınıb. 29 düzəlişdən ibarət referendum aktının müzakirəsinə dair rəydə deyilir ki, 60 gün müddətində referendumun keçirilməsi mümkün deyil. Lakin belə görünür ki, həmin 29 dəyişikliyə dair referendumla bağlı 14 gün müddətində rəyin hazırlanması mümkündür”. PA rəsmisi qeyd edib ki, Azərbaycan Konstitusiyasında 159-cu maddəyə əsaslanıb: “Lakin Azərbaycan Konstitusiyasında 158 maddə var, 159-cu maddə yoxdur”.
Xatırladaq ki, sentyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu qiymətləndirməyi xahiş edib.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendum sentyabrın 26-də keçiriləcək.
PA rəsmisinin keçirdiyi mətbuat konfransı davam edir.








Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın