Bazar , Oktyabr 2 2022
Ana səhifə / Siyasət / “Vaşinqtondan qadağa olmasaydı, Şuşaya gedərdim” – Metyu Brayza

“Vaşinqtondan qadağa olmasaydı, Şuşaya gedərdim” – Metyu Brayza

ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin Şuşada keçirilən sonuncu konfransda iştirak etməməsi böyük rezonans doğurub.

Bir çox ekspertlər bu səfərin həyata keçirilməməsini həmin dövlətlərin bölgədə yaşayan ermənilərə xüsusi imtiyaz tələbləri kimi qiymətləndirsə də, bu məsələyə fərqli kontektsdən baxanlar da çoxluq təşkil edib.

Yenisabah.az-ın suallarını cavablandıran ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza isə məsələyə belə aydınlıq gətirib:

“Həmin səfirlərin niyə konfransda iştirak etmədiyi barəsində heç bir fikrim yoxdur.

Lakin mən hələ də ABŞ-ın Azərbaycandakı səfiri olsaydım və əgər rəsmi Vaşinqton tərəfindən mənə qadağan olunmasaydı, bəli, əlbəttə ki, konfransda iştirak edərdim”.

Həmçinin oxuyun

Azərbaycanı təslimçiliyə çəkən kimlərdir?

Yenə də bir qrup şəxs “sarı simə” toxunub, “yurdda sülh, cahanda sülh” yalanı ilə insanları …