Cümə , Sentyabr 30 2022
Ana səhifə / Siyasət / “Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan intibah dövrünü yaşayır” – DEPUTAT

“Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan intibah dövrünü yaşayır” – DEPUTAT

“Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqımızın isə rifahının artmasına xidmət edən tarixi işlər görüb, mühüm nailiyyətlərə imza atıb. Elə Ulu Öndərin 31 il əvvəl – 3 sentyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir”.

Bu açıqlama ilə millət vəkili Siyavuş Novruzov çıxış edib. O, bildirib ki, həmin tarixdən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox mühüm işlər görüldü:

– Muxtar respublikada tənəzzülün qarşısı alındı, sabitlik təmin edildi;

– Ümummilli Liderin atdığı addımlar tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından çox mühüm əhəmiyyətə malik oldu. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Həmçinin Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı;

–  Ulu Öndərin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar verilməsi milli siyasətin mühüm tərkib hissəsi idi;

– Blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə bağlı mühüm addımların atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından böyük önəm daşıyırdı. 

“Bir sözlə, Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi fəaliyyətinin Naxçıvan dövrü milli maraqlarımızın, dövlətçilik ənənələrimizin qorunması baxımından olduqca əlamətdardır. 

Naxçıvan bu gün Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Əminliklə söyləmək olar ki, qalib, güclü, qüdrətli Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR bundan sonra da möhtəşəm nailiyyətlərə imza ataraq tarix yazacaq, adını tarixin yeni və parlaq səhifələrinə qızıl hərflərlə yazdıracaq”.

Həmçinin oxuyun

Deputat: ““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil”

““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil. Bu gün müəyyən qruplaşmaları, təriqətləri, …