Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbovun oğlu həyat yoldaşının sərgisində – VİDEO

Vasif Talıbovun oğlu həyat yoldaşının sərgisində – VİDEO

 Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc” adlı fərdi rəsm sərgisi açılıb.

Azinforum.az xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib. Çıxış edənlər rəssamı təbrik edərək uğurlar arzulayıblar.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.

Sərgidə nümayiş olunan 33 sənət əsəri gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuları əhatə edir. Həmçinin, əsərlərdə müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi də öz əksini tapıb.

Qeyd edək ki, Leyla Əzimbəyova Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovun həyat yoldaşıdır.

 

https://youtu.be/p5lj5iO1IIs

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın