Ana səhifə / Siyasət / Vasif Talıbovun arvadının səhhəti pisləşdi – Təcili Türkiyəyə aparıldı

Vasif Talıbovun arvadının səhhəti pisləşdi – Təcili Türkiyəyə aparıldı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbova donuz qripinə yoluxma təhlükəsi ilə təcili Türkiyəyə aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. Məlumatda qeyd edilir ki, Sevil Talıbovanın səhhəti ağırlaşdığı üçün Türkiyə Səhiyyə Nazirliyindən yardım istənilib. Türkiyədən gələn həkimlərin ilkin müdaxiləsindən sonra xəstə helikopter ilə İbn Sina Xəstəxanasına götürülüb.
Vasif Talıbov və uşaqları isə onların ardınca digər helikopterlə Ankaraya gediblər.
Ağciyərində problem yaranan 55 yaşlı diabet xəstəsi S.Talıbovanın hazırda səhhətinin yaxşılaşdığı qeyd edilir.
Vasif Talıbovun arvadının səhhəti pisləşdi -  Təcili Türkiyəyə aparıldı

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın