Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Siyasət / Vasif Talıbovu kim əvəz edəcək? – Açıqlama

Vasif Talıbovu kim əvəz edəcək? – Açıqlama

“Naxçıvanda islahatlar aparılacaqsa, bu, konstitusiya dəyişikliyi ilə müşayiət olunmalıdır. Vasif Talıbovun istefa ərizəsi yazdığı barədə məlumatlar, sadəcə, iddialardır, bunu təsdiq olunmamış məlumat kimi dəyərləndirirəm”.

Bunu mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, əgər elə bir istefa olacaqsa, rəsmi şəkildə bu məsələlərə baxılacaq.“O zaman buna daha rahat şəkildə münasibət bildirmək olar. Belə bir hadisə baş verərsə, təbii ki, hakimiyyətin bütöv şəkildə Naxçıvanda həyata keçirilən proseslərlə əlaqədar öz ehtiyat variantı olmamış deyil. Əvəzolunmaz şəxs yoxdur, o cümlədən də, Naxçıvanda. Amma istənilən halda, biz gözləməliyik ki, proseslər öz axarı ilə getsin. Bu proseslərə xüsusilə təsdiq olunmamış məlumatlar əsasında fikir bildirməyi açığı, doğru saymıram. Burada, sadəcə, ehtimallar daha çox irəli sürülür. Bir daha hakimiyyətin namizədi-filan sualının üzərinə qayıdıram. Bütün məsələlərdə dövlət o zaman güclü olur ki, onun bütün ssenarilər üzrə hazır reseptləri olur, hazır variantlar növbədə gözləyir. Bu baş verənlərdə heç bir variant istisna deyil. Bu baxımdan təbii ki, Vasif Talıbov orada öz vəzifəsinin icrasını davam etdirə bilər. Oraya işğaldan azad edilmiş ərazilərə olduğu kimi, Prezidentin səlahiyyətli nümayəndəsi də təyin edilə bilər. Bunlar ən müxtəlif variantlardır və Vasif Talıbovun vəzifəsini icra etməyə davam edəcəyi mümkündür”, – deyə Oqtay Qasımov bildirib.

Həmçinin oxuyun

Viktor Orban: “Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”

“Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”. Bu barədə Macarıstanın Baş …